Argentina milli komandasında Lionel Messi ilə bağlı narahatlıq var.

Matc.az xəbər verir ki, 38 yaşlı vinger ötən gün "İnter Mayami"nin "Filadelfiya Yunion"la keçirilən matçda (6:4) zədələnib. Ulduz futbolçu oyunu davam etdirə bilməyib və meydanı tərk edib.

MLS təmsilçisinin tibbi heyəti Messinin durumunu dəyərləndirəcək.

Qeyd edək ki, Argentina yığması gələn ay başlayacaq dünya çempionatının J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest