11 İyul 2025, 11:18
FUTBOL
Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" bu gün ikinci yoxlama oyununa çıxacaq.
Matc.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "Alanyaspor"la üz-üzə gələcək. Super Liqa təmsilçisi ilə matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" Ərzurum toplanışı çərçivəsində keçirdiyi ilk oyunda "Bayburtspor"u 14:0 hesabı ilə məğlub edib. Premyer Liqa təmsilçisi son görüşdə "Trabzonspor"la qarşılaşacaq. Matç iyulun iyulun 17-də baş tutacaq.