Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Matc.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb.

Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 15 və 50-ci (penaltidən) dəqiqələrdə kapitan Sevinc Cəfərzadə, 90+5-ci dəqiqədə isə Esra Manya vurub.

Qrupun digər oyununda Macarıstan səfərdə Şimali Makedoniyanı 5:0 hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra Macarıstan 7 xalla birinci, Azərbaycan 6 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.

Qeyd edək ki, aprelin 18-də Azərbaycan və Andorra milliləri “Bank Respublika Arena”da qarşılaşacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest