Bu, klubun şanlı keçmişinə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.

 
“Neftçi” növbəti mövsümdə ev oyunlarında geyinəcəyi formaları təqdim edib. Matc.az xəbər verir ki, 2025/26 mövsümünün ev forması klubun zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidi. 
 
Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyi qeyd olunacaq klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.
 
Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir. 
 
Bu, klubun şanlı keçmişinə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest