11 Mart 2026, 13:30
FUTBOL
"Real"la müqaviləsi mövsümün sonunda başa çatan Antonio Rüdiger İngiltərəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
"Arsenal" yayda azad agent statusunda olacaq almaniyalı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Premyer Liqanın lideri artıq 33 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra "Real"a keçib. Təcrübəli oyunçu bu mövsüm "kral klubu"nun heyətində 14 matçda meydana çıxıb.








_1773233544.jpg)



