"Benfika"nın yarımmüdafiəçisi Florentino Luis karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunu transfer etməyə çalışır.

İstanbul nəhəngi Luis üçün onun klubu ilə danışıqlara başlayıb. "Ağ-qaralar" 25 yaşlı dayaq yarımmüdafiəçisini icarəyə götürmək istəyir.

Qeyd edək ki, Florentino Luis ötən mövsüm "Benfika"nın heyətində keçirdiyi 45 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest