"Çelsi" "Ayaks"ın müdafiəçisi Correl Atonu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Niderlandlı futbolçu İngiltərə təmsilçisinin təklifini qəbul edib. "Çelsi" 19 yaşlı sol cinah müdafiəçisini transfer etmək üçün Niderland klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, Correl Ato ötən mövsüm "Ayaks"ın heyətində keçirdiyi 50 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest