"Bavariya" "Liverpul"un futbolçusu Luis Diası transfer etmək üçün səylərini davam erdirir.

Matc.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.

Almaniya çempionu kolumbiyalı vinger üçün onun klubuna növbəti təklifi göndərəcək. "Bavariya" 28 yaşlı oyunçu üçün 81 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Luis Dias ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 50 oyunda 16 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest