23 İyul 2025, 19:07
FUTBOL
"Bavariya"nın futbolçusu Joao Palinya İngiltərəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Tottenhem" portuqaliyalı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. Premyer Liqa təmsilçisi 30 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Bavariya" Joao Palinyanı ötən ilin yayında "Fulhem"dən transfer edib. Portuqaliya millisinin üzvü Münhen təmsilçisinin heyətində 25 oyunda meydana çıxıb.

_1766070628.jpg)










