Markus Reşford icarə əsasında "Mançester Yunayted"dən "Barselona"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçunun İspaniya nəhəngi ilə icarə müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub və satın alma opsiyası da daxildir.

Qeyd edək ki, Reşford "Mançester Yunayted" akademiyasının məzunudur, o, ötən mövsümün ikinci hissəsini "Aston Villa"da icarə əsasında oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest