“Turan Tovuz” yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.

Matc.az xəbər verir ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev Boluda məskunlaşan komandanı ziyarət edib. O, baş məşqçi Kurban Berdıyev və futbolçularla görüşüb.

“Turan Tovuz” Boluda iki sınaq matçı keçirib. Komanda “Çorum”la 1:1, “Keçiörengücü” ilə isə 0:0 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest