"Vulverhempton"un müdafiəçisi Nelson Semedo karyerasını Türkiyədə davam etdirəcək.

Matc.az xəbər verir ki, "Fənərbaxça" portuqaliyalı futbolçunun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Semedo artıq İstanbuldadır. 31 yaşlı sağ cinah müdafiəçisi tibbi müayyinədən keçdikdən sonra Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Nelson Semedo ötən mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 38 oyunda 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest