29 Aprel 2026, 09:20
FUTBOL
"Napoli" əsas müdafiəçisi Əmir Rəhmani ilə müqavilənin uzadılması barədə razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano yayıb.
Bildirlir ki, oyunçunun İtaliya çempionu ilə yeni müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Hazırkı müqaviləsi isə 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Rəhmani bu mövsüm "Napoli"də 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, zədə səbəbindən bir çox oyunu buraxmalı olub.












