29 Aprel 2026, 10:21
FUTBOL
"Atletiko"nun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Niko Qonsales sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Argentina millisinin üzvü təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Atletiko" Niko Qonsalesi mövsümün əvvəlində "Yuventus"dan icarəyə götürüb. 28 yaşlı dayaq yarımmüdafiəçisi Madrid təmsilçisinin heyətində keçirdiyi 39 oyunda 5 qol vurub.












