"Turan Tovuz" heyətini yeni hücumçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən İbrahima Vadji ilə 1+1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest