"Murov Az Terminal" klubunun kişilərdən ibarət voleybol komandasına yeni baş məşqçi təyin olunub.

Matc.az xəbər verir ki, komanda Ruslan Jbankova tapşırılıb.

55 yaşlı rusiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Murov Az Terminal" ötən mövsüm Azərbaycan çempionatının gümüş medallarını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest