05 Sentyabr 2025, 00:31
FUTBOL
Braziliyalı qapıçı Pikse futzal üzrə həvəskarlar arasında keçirilən turnirdə penalti zərbəsini sinəsi ilə qaytarandan sonra ölüb.
Matc.az xəbər verir ki, bu barədə "CNN Brazil" telekanalı məlumat yayıb.
Qapıçı zərbəni dəf edib və komanda yoldaşları ilə sevincini bölüşmək üçün qaçıb, sonra yıxılıb. Pikse xəstəxanaya çatdırılsa da, həkimlər idmançının həyatını xilas edə bilməyiblər.
Ölümün dəqiq səbəbləri hələlik açıqlanmayıb.