05 Sentyabr 2025, 11:07
DÇ-2026
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha üç komanda müəyyənləşib.
Matc.az xəbər verir ki, Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin ötən gecə baş tutan görüşlərdən sonra Kolumbiya, Paraqvay və Ekvador da mundialda iştirak hüququ qazanıb.
Daha əvvəl Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Yeni Zelandiya, Uruqvay, həmçinin mundialı qəbul edən Kanada, ABŞ və Meksikanın final mərhələsində oynayacağı dəqiqləşmişdi.
Qeyd edək k, dünya çempionatı 2026-da ilk dəfə 48 yığmanın iştirakı ilə keçiriləcək.