07 Sentyabr 2025, 15:20
TOP OYUNLARI
Qadınlardan ibarət 3x3 basketbol millimiz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb.
Matc.az xəbər verir ki, yığmamız 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib.
Millimiz rəqibini 16:13 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.