"Çelsi"nin və Seneqal millisinin hücumçusu Nikolas Cekson "Aston Villa"nın yay "transfer pəncərəsi" üçün prioritet hədəfinə çevrilib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klublar arasında danışıqlar yenicə başlayıb. Ötən həftə "Atletiko"nun da rəsmi təklif göndərdiyi futbolçu özü "Aston Villa"ya keçməyə müsbət yanaşır.
Seneqallı hücumçunun oyunu daha əvvəl "Vilyarreal"da onunla birlikdə çalışmış Unai Emerinin xüsusi diqqətini çəkir. O, ötən yay da "Aston Villa"nın transfer siyahısında yer alırdı.
Qeyd olunur ki, "Kristal Pelas"ın hücumçusu Jan-Filipp Matetanın transferi ilə bağlı danışıqlar Ceksonun məsələsi tam həll olunana qədər dayandırılıb.
Xatırladaq ki, ötən mövsüm Cekson icarə əsasında "Bavariya"da çıxış edib. Lakin Münhen təmsilçisi oyunçunun müqaviləsindəki birdəfəlik satın alma bəndini aktivləşdirməkdən imtina etdiyi üçün o, mövsümün sonunda Londona qayıdıb.
2025/26 mövsümündə Cekson "Bavariya"nın heyətində bütün turnirlərdə ümumilikdə 34 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsi 2033-cü ilin yayına qədərdir, transfer dəyəri isə 40 milyon avro qiymətləndirilir.













