25 Avqust 2026, 17:42
FUTBOL
Matçdan öncə stadion ərazisində müxtəlif əyləncələrin və oyunöncəsi atmosferin təşkil olunacağı Fan Zona fəaliyyət göstərəcək.
Bu gün "Sabah" və İsrailin "Hapoel" klubları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması keçiriləcək.
Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:45-də başlayacaq.
Qarşılaşmanı izləməyə gələcək azarkeşlər üçün stadionun giriş qapıları saat 18:00-da açılacaq.
Matçdan öncə stadion ərazisində müxtəlif əyləncələrin və oyunöncəsi atmosferin təşkil olunacağı Fan Zona fəaliyyət göstərəcək.
Bütün azarkeşlərin stadiona rahat və vaxtında daxil ola bilməsi üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri xahiş olunur.













