26 Avqust 2026, 00:36
FUTBOL
AFFA-nın prezidenti Rövşən Nəcəf "Sabah" klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Matc.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
"Sabah" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm!
Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".













