Döyüşdülər, mübarizə apardılar və layiq olduqlarını haqq etdilər. Əlavə vaxtda Orfe Mbina və Coy-Lens Mikelsin qolları isə “Hapoel”i ippona saldı– 5:2.
Dəhşətli oyun alındı, öldük-dirildik.
Əsas odu ki, “Hapoel” kimi keçiləsi rəqib layiq olduğu cavabı aldı. Əsas odu ki, mərhələni keçdik.
Dirəkdən dönən, tirdən qayıdan toplar, Umaralı Rahmonaliyevin dəf edilən o möhtəşəm zərbəsi şanssızlıq idisə, bütün komandanın əziyyətini yerə vuran Stas Pokatilovun uşaq, Şahruddinsayağı səhvləri həlledici olmaq üzrə idi. Bəlkə də hamı bu uğursuzluqla barışmışdı...
Amma nə yaxşı ki, matçın son saniyələrində əvəzetmədən meydana çıxan Tellur Mütəllimov hamını cuşa gətirən gözəl, ümumi hesaba tarazlıq gətirən qola imza atdı. O bürküdə, o həyəcanda azarkeşlərin ürəyinə su səpdi Tellur.
Döyüşdülər, mübarizə apardılar və layiq olduqlarını haqq etdilər. Əlavə vaxtda Orfe Mbina və Coy-Lens Mikelsin qolları isə “Hapoel”i ippona saldı– 5:2.
Və artıq “Sabah” Çempionlar Liqasının Liqa mərhələsindədi!
Böyük zəfərdi!
Bu mübarizə üçün bütün “Sabah” ailəsinə böyük təşəkkür düşür.
Yeri gəlmişkən, mərkəzi arena dolmuşdu. Deməli, bizim azarkeşlərə konkret bir komandanın uğuru yox, ölkəni təmsil edən istənilən klubun qələbəsi, uğuru, qrup mərhələsi lazımdı!
Buna həm vəfalı azarkeşlər layiqdi, həm “Sabah”, həm də Konfrans Liqasında ilk pley-off oyununda səfərdə “Tvente”ni minimal hesabla məğlub edən “Qarabağ”.
Yolunuz açıq olsun, Azərbaycan klubları!
Liqa mərhələsində qələbə sevinclərimiz davamlı olsun!
SAMİR













