17 Sentyabr 2025, 16:55
FUTBOL
"Mançester Yunayted"in futbolçusu Kobbi Meynu Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.
"Nyukasl" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir. "Sağsağanlar"ın baş məşqçisi Eddi Hou Meynunun oyununu bəyənir. Klub 20 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağı pplanlaşdırır.
Qeyd edək ki, Kobbi Meynu bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 3 oyunda 1 qol ötürməsi edib.