Bakıda "Qarabağ" ilə qarşılaşacaq "Kopenhagen" doğma meydanda "Bayer" ilə üz-üzə gəlib.

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün Liqa mərhələsində I turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Liqa mərhələsinin II turunda Bakıda "Qarabağ" ilə qarşılaşacaq "Kopenhagen" doğma meydanda "Bayer" ilə üz-üzə gəlib.

FİFA referimiz Əliyar Ağayevin idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Referimiz Danimarka təmsilçisinin futbolçularına 3, leverkuzenlilərə isə 1 sarı vərəqə göstərib.

Xatırladaq ki, "Qarabağ" "Bayer" ilə Avropa Liqasının 2023/2024 mövsümündə eyni qrupda mübarizə aparıb. Təmsilçimiz ilk oyunda evdə 2:2 hesablı heç-heçə edib. Cavab qarşılaşmasında isə 3:2 hesabı ilə uduzub.

"Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest