Vinisius Junior və "Real" Xabi Alonsonun komandaya rəhbərlik etdikdən sonra müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırdılar.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, Madriddəki son görüşdə braziliyalı futbolçu maliyyə tələblərini xeyli azaldıb. Tərəflər yeni müqavilə bağlamağa son dərəcə yaxın olsalar da, Alonsonun gəlişindən və İspaniya nəhənginin klublararası dünya çempionatında iştirakından sonra proses yavaşlayıb.

Növbəti iki-üç ay forvardın "Real"dakı gələcəyi üçün həlledici olacaq. Əgər Vinisius komandadakı durumundan narazı qalarsa, onun bu qış klubu tərk etməsi mümkündür.

Qeyd edək ki, Bbu mövsüm Vinisius bütün turnirlərdə 11 matçda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 170 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest