Ukraynanın "Dinamo" və "Şaxtyor" klublarının qapıçısı olmuş Artur Rudko ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
Matc.az xəbər verir ki, bu barədə Ukraynanın "Sport24" saytı məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı futbolçu karyerasını Azərbaycanda, "Qəbələ" klubunda davam etdirməyi planlaşdırırmış. Lakin sərhəd keçidindəki uğursuz cəhd bu planı pozub və indi onun müqavilə imzalamaq şansı yoxdur.
Rudko Ukrayna-Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir "Telegram" kanalı olub. Qaçışa qatılan hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli idi.
Rudkonun karyerasındakı son klub 2024/25 mövsümündə tərk etdiyi "Çernomorets" olub. Rudko hazırda azad agent statusundandır.
Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.