20 Sentyabr 2025, 13:36
FUTBOL
"Santos"un hücumçusu Neymar zədə səbəbindən ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Lukas Musetti məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı braziliyalı sağ budunun əzələsindən zədə alıb.
Qeyd edək ki, 2025-ci il mövsümündə Neymar 21 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.