Adil Şükürov "Qəbələ"yə qalib gələ bilməsə, istefaya göndəriləcək.
Misli Premyer Liqasında V turun oyunları keçirilir.
Matc.az verir ki, mövsümün ilk baş məşqçi istefası məhz bu gün qeydə alına bilər.
Bunun baş verməməsi üçün "Kəpəz" cari sezonun ilk qələbəsini qazanmalıdır. Yoxsa Adil Şükürov əşyalarını toplamalı, 2024-cü ilin sentyabrındakı kimi buradan ayrılmalıdır. Hətta "Qəbələ" ilə heç-heçənin də onu xilas etməyəcəyinə dair bilgilər var.
Bildirilib ki, rəhbərlik Şükürova sonuncu dəfə xəbərdarlıq edib.
İlk dörd turda məğlubiyyətlə üzləşən mütəxəssisə "uğursuz seriyaya son qoymasan, gedəcəksən, limitin bitdi" deyilib.
O, bu ilin iyununda Gəncə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb. Kontrakt birtərəfli pozulsa, baş məşqçiyə təzminat ödəmək lazım gələcək.
(sportinfo.az)