"Barselona", ​​PSJ, "Milan" və Braziliya millisinin sabiq üzvü Ronaldinyo 2025-ci ilin "Qızıl top"unu mövsümün ən yaxşı oyunçusuna təqdim edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı COPE paylaşıb.

Bildirilir ki, tədbiri təşkil edən "France Football" jurnalı Ronaldinyonun "Qızıl top" qazanmasının 20 illiyi şərəfinə onu seçib.

Tarixdə dördüncü dəfə mükafat təqvim ilinə görə deyil, mövsümə görə (1 avqust 2024-cü il - 13 iyul 2025-ci il) təqdim olunacaq.

Mərasimdə kişilər arasında "Qızıl top"la yanaşı, qadınlar arasında "Qızıl top", 21 yaşadək ən yaxşı gənc oyunçu üçün kubok ("Kopa Trophy"), ən yaxşı qapıçı mükafatı (Lev Yaşin kuboku), ən yaxşı bombardir (Gerd Müller kuboku) və s. təqdim olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest