Kişi voleybolçulardan ibarət Türkiyə millisi Filippində keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Matc.az xəbər verir ki, "ay-ulduzlular" 1/4 finalda Polşayığması ilə üz-üzə gəlib.

Görüş 0:3 (15:25, 22:25 və 19:25) hesabı ilə polşalıların xeyrinə başa çatıb.

Yarımfinala vəsiqə qazanan Polşa millisi isə İtaliya yığmasına rəqib olub.

Qeyd edək ki, Türkiyə yığması qrup mərhələsində Yaponiyanı (3:0), Liviyanı (3:1) və Kanadanı (3:0), 1/8 finalda isə Niderlandı (3:1) üstələyərək tarixində ilk dəfə 1/4 finala yüksəlmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest