20 Oktyabr 2025, 22:12
FUTBOL
“Məktəbli Kuboku” turnirinə start verilib.
Matc.az xəbər verir ki, ilk olaraq Siyəzən rayonunda 5-ci və 7-ci sinif oğlanlar arasında oyunlar keçirilib. 7-ci sinifdə 12, 5-ci sinifdə isə 10 məktəbin şagirdləri arasında mübarizə başlayıb.
Turnirin son günündə bağlanış mərasimi təşkil olunacaq. Daxili birincilik başa çatdıqdan sonra hər iki qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.
İlk günün nəticələrini nəzərinizə çatdırırıq:
5-ci siniflər
Gilgilçay qəsəbəsi - 4 nömrəli məktəb - 3:1
3 nömrəli məktəb - Zarat - 2:1
7-ci siniflər
Yenikənd - 1 nömrəli məktəb - 1:7
Böyük Həmyə - Gilgilçay qəsəbəsi - 4:7


_3593 (1)_1761002100.jpg)









