"Liverpul"un heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Ceremi Frimponq sıradan çıxıb.

Niderlandlı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Ayntraxt"la matçında (5:1) ayaq əzələsindən zədələnib. Baş məşqçi Arne Slot 24 yaşlı sağ cinah müdafiəçisinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, "Liverpul" Ceremi Frimponqqu mövsümün əvvəlində "Bayer"dən transfer edib. Niderland millisinin üzvü Mersisayd təmsilçisinin heyətində keçirdiyi 9 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest