"Mançester Yunaayted"in futbolçusu Kobbi Meynu Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Tottenhem" 20 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. London təmsilçisi yayda heyətinə qatmağa çalışdığı ingiltərəli oyunçu üçün yanvar ayında yenidən hərəkətə keçəcək.

Qeyd edək ki, Kobbi Meynu bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest