23 Oktyabr 2025, 12:31
FUTBOL
"Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Mançester Yunayted" almaniyalı futbolçusu transfer etmək istəyir. Bundesliqa təmsilçisi 24 yaşlı dayaq yarımmüdafiəçisini 50 milyon avrodan yuxarı qiymətə satmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Angelo Ştiller bu mövsüm "Ştutqart"ın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.