23 Oktyabr 2025, 12:09
FUTBOL
"Onlar tanınmayan liqada oynayırlar. Buna baxmayaraq, çox əla mübarizə aparan komandadır".
"Atletik"in futbolçusu Robert Navarro UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri matçından sonra UEFA-nın saytına açıqlama verib.
Matc.az xəbər verir ki, komandasının 2-ci qolunu vuran 23 yaşlı vinger 3 xal qazanmaq üçün əziyyət çəkdiklərini bildirib:
"Qarabağ" çox yaxşı mübarizə aparan komandadır. Onlar tanınmayan liqada oynayırlar. Buna baxmayaraq, çox əla mübarizə aparan komandadır. Daha əvvəl "Benfika" və "Kopenhagen"i məğlub ediblər. Biz bu qarşılaşmada bir az əziyyət çəkdik. Amma üç xal qazandığımız üçün xoşbəxtik".