"Qalatasaray" forma sponsoru "Puma" ilə müqavilənin müddətinu uzadıb.

matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul nəhəngi ilə Almaniya şirkəti arasında 2036-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. "Sarı-qırmızılar" bu anlaşmadan ümumilikdə 83 milyon avro gəlir əldə edəcək. Bundan başqa 14,5 milyon avroluq şərtə bağlı bonus da nəzərdə tutulub.

Qeyd edək ki, "Qalatasaray" 2024/2025 mövsümündə "Puma" şirkəti ilə əməkdaşlığa başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest