24 Oktyabr 2025, 14:11
ÇEMPİONLAR LİQASI
“Bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır”.
"Qarabağ"ınfutbolçusu Leandro Andrade instaqram hesabında paylaşım edib.
Matc.az xəbər verir ki, kabo verdeli vinger UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Atletik"lə səfər oyununa toxunub. Andrade Bilbao təmsilçisi ilə matçın öyrənmək fürsəti olduğunu bildirib:
“Bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır”.
Qeyd edək ki, qarşılaşma "Atletik"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə "Qarabağ"ın qolunu 48-ci dəqiqədə Leandro Andrade vurub.












