24 Oktyabr 2025, 18:14
FUTBOL
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.
Matc.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Kişineu şəhərində yerləşən "Zimbru 2" stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.












