"Barselona"nın braziliyalı cinah oyunçusu Rafinya "Real"a qarşı "El-klassiko"nu buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə Jerar Romero məlumat yayıb.

Bildirilir ki, Rafinya La Liqada "Oviedo"ya qarşı matçda zədələnib. 28 yaşlı braziliyalı sağalma prosesinin son mərhələsindədir, lakin "Barselona"nın bu gün keçirdiyi məşqi başa vura bilməyib və bu məşqin Madrid klubuna qarşı oynamaq şansı üçün həlledici olacağı gözlənilirdi. Kataloniyalıların həkimləri onun oyundan kənar qalmasına qərar veriblər.

Qeyd edək ki, "Real" – "Barselona" matçı 26 oktyabr, bazar günü İspaniya La Liqasının 10-cu turunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest