"Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştiano Ronaldo Ər-Riyad klubunu ad günü münasibətilə təbrik edib.

Matc.az xəbər verir ki, o "Əl-Nəsr"in yaranmasının 70 illiyi ilə bağlı paylaşım edib.

"Ad günün mübarək, "Əl-Nəsr"! Tarix davam edir və biz həmişəkindən daha güclüyük", - Ronaldo sosial media hesabında yazıb.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvar ayından bəri Səudiyyə Ərəbistanı klubunda oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 112 oyunda meydana çıxıb, 99 qol vurub və 21 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında onun dəyəri 12 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest