25 Oktyabr 2025, 12:21
FUTBOL
"Mançester Yunayted" "Çelsi"nin 21 yaşlı yarımmüdafiəçisi Andrey Santosla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar"ın oyunçunun potensial transferi ilə bağlı danışıqlar aparıb. Lakin London klubunun Santosu satmaq niyyəti yoxdur.
Qeyd edək ki, Santos 2023-cü ilin qışında "Çelsi"yə keçib. Bu müddət ərzində yarımmüdafiəçi icarə əsasında "Nottingem Forest" və "Strasburq"da oynayıb. O, "Çelsi"nin heyətində bütün turnirlərdə 13 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib.












