15 Noyabr 2025, 07:25
FUTBOL
ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının 30-cu iştirakçısı müəyyənləşib.
Matc.az xəbər verir ki, Farer adalarını evdə 3:1 hesabı ilə məğlub edən Xorvatiya DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin L qrupunda birinci yeri tutaraq əsas mərhələyə vəsiqəni təmin edib.
2026-cı il dünya çempionatına həlledici mərhələyə ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Fil Dişi Sahili, Fransa və Xorvatiya vəsiqə qazanıb.












