19 Noyabr 2025, 10:18
FUTBOL
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
Matc.az xəbər verir ki, E qrupunda İspaniya millisi öz meydanında Türkiyəni qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
16 xal toplayan İspaniya qrupu lider tamamlayıb və dünya çempionatına vəsiqə qazanıb. Türkiyə isə pley-off matçları oynayacaq.
İspaniya - Türkiyə - 2:2
Qollar: Dani Olmo, 4, Mikel Oyarzabal, 62 - Deniz Gül, 42, Salih Özcan, 54












