19 Noyabr 2025, 10:57
FUTBOL
Şimali Amerika təmsilçisi Kürasao tarixində ilk dəfə dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
Matc.az xəbər verir ki, komanda seçmə mərhələnin sonuncu turunda Yamayka ilə heç-heçə etməklə (0:0) B qrupunun lideri kimi mundiala birbaşa vəsiqə qazanıb.
Kürasao yığmasına son oyuna qədər niderlandlı tanınmış mütəxəssis Dik Advokat rəhbərlik edib. O, matçdan bir neçə gün öncə ailəvi səbəblərə görə vəzifəsindən ayrılıb.







_1763552062.jpg)




