“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Meynu klubla müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.

Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

“Qırmızı şeytanlar”ın yetirməsi olan 20 yaşlı futbolçu daha çox oyun təcrübəsi qazanmaq üçün qışda “Napoli”yə icarəyə getmək istəyir. Mümkün ayrılıq səbəbindən tərəflər yeni müqavilə ilə bağlı müzakirələri dondurub. Meynunun klubla hazırkı anlaşması 2027-ci ilin iyununda başa çatır.

Qeyd edək ki, Kobbi Meynu cari mövsümdə "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 8 oyun keçirib və 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest