Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Matc.az xəbər verir ki, yığmamız yarımfinalda Misir seçməsinə 22:15 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanın final qarşılaşmasındakı rəqibi bu gün keçiriləcək İran – Türkiyə cütünün qalibi olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest