Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının yeni formatda keçirilən növbəti – 1/8 final oyunları keçirilib.
Matc.az xəbər verir ki, ilk oyunda təmsilçimiz “Araz-Naxçıvan” Portuqaliya “Benfika”sı ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüşə təmsilçimiz itkilərlə çıxıb.
Belə ki, sarı vərəqə limitini dolduran Giovanny Valero, Karlos Bertuola və Alekssanderson Teixeira komanda yoldaşlarına kömək edə bilməyiblər. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın heyətində yer alıblar. Hesab 13-cü dəqiqədə açıldı. Künc nöqtəsindən ötürməni Silva havadaykən qapıya göndərdi. Qonaqlar fasiləyə qədər daha 3 qol vurdular. İkinci hissəyə də Portuqaliya təmsilçisi qolla başladı. Portuqaliya təmsilçisi sonrakı dəqiqələrdə fərqi 9 topa qədər yüksəltdilər.
Bu komandalar arasında cavab oyunu dekabrın 5-də Lissabonda keçiriləcək.
“Araz-Naxçıvan” – “Benfika” (0:4) 0:9
UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyun
24 noyabr. Bakı İdman Sarayı. Saat 20:00
Qollar: Anilton Silva, 12:43, 31:28, Arthur, 13:25, 21:49, 35:17, Kutchy, 14:16, Dieqo Nunes, 15:39, Jacare, 29:20, Higor de Souza, 38:58








_1764068986.jpg)



