02 Dekabr 2025, 12:35
FUTBOL
İtaliyanın "Sassuolo" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin aparıcı oyunçularından olan Domeniko Berardi sıradan çıxıb.
İtaliyalı vinger çempionatın XIII turunun "Komo" ilə səfər matçında əzələ zədəsi alıb. 31 yaşlı futbolçu 2025-ci ilin sonuna kimi komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Domeniko Berardi bu mövsüm "Sassuolo"nun heyətində keçirdiyi 12 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.












