"Arsenal" Cənubi Amerikanın ən perspektivli futbolçularından sayılan 16 yaşlı qardaşlar Edvin və Xolher Kinteronun transferi barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Qardaşlar Ekvadorun “İndependiente del Valle” klubunun yetirmələridir. Bu akademiya artıq dünya futbolunda böyük ad qazanıb. Buradan Moyzes Kaysedo və Pyero İnkapiye kimi ulduzlar çıxıb.

Kintero qardaşları bu həftə bütün rəsmi prosedurları həll etmək və müqaviləni rəsmiləşdirmək üçün Londona gəliblər.

Edvin Kintero vingerdir. Onu oyun üslubu və kreativliyinə görə artıq Neymara bənzədirlər.

Xolher Kintero yarımmüdafiə xəttində çıxış edir. Gənc futbolçu oyun görüşü və texnikası ilə seçilir.

"Arsenal" azarkeşlərinin onların meydanda debütünü görmək üçün bir az gözləməsi lazım olacaq. FIFA qaydalarına əsasən, rəsmi keçid yalnız futbolçuların 18 yaşı tamam olduqdan sonra, 2027-ci ilin avqustunda baş tuta bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest